Prezident Qubaya icra başçısı təyin etdi - VİDEO

Prezident Qubaya icra başçısı təyin etdi -
Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat olub.

GUNDEMİNFO.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Qubanın bundan əvvəlki icra başçısı Ziyəddin Əliyev iyunun 14-də vəzifəsindən azad edilmişdi.

İ.Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri işləyib.

Onun əvvəllər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olduğu bildirilir.


İlqar Mahmudov
Prezident Qubaya icra başçısı təyin etdi -





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
410 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...