Ruslan Əliyev işdən çıxarıldı - Rəsmən təsdiqləndi

Ruslan Əliyev işdən çıxarıldı -

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin vəzifədən azad edildiyi haqda yayılan məlumat 4 gündür ki, təsdiq və ya təkzib edilmir.

Axar.az xəbər verir ki, Ruslan Əliyevi artıq müavinlərindən birinin əvəz etdiyi barədə məlumat da yayılıb. Buna baxmayaraq, “Azəriqaz” İB və SOCAR yayılan informasiyanı şərh etməyib.

“Azəriqaz” İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə bu məlumatların hələlik təsdiqini tapmadığını, onda hazırda bununla bağlı hər hansı rəsmi informasiyanın olmadığını bir daha təkrarlayıb.

Gundeminfo.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi sədrin müavini Azər Məmmədova həvalə edilib.

“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı "oxu.az"a təsdiq edib.

Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən bu vəzifəni icra edirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
209 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...