Hadı Rəcəbli vəfat etdi

Hadı Rəcəbli vəfat etdi


Sabiq millət vəkili Hadı Rəcəbli vəfat edib.
Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, o, bu gün 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadi Rəcəblinin ölümü ilə bağlı məlumat açıqlayıb.

Qurumdan “Qafqazinfo”nun sorğusuna verilən cavabda bildirilir:

“Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar aprelin 17-də saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadi Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb”.

***

Mərhumun qardaşı İqbal Rəcəbli “Report”a açıqlamasında bildirib ki, Hadi Rəcəbli ürəktutmadan vəfat edib. Onun sözlərinə görə, H.Rəcəbli Bakıda dəfn ediləcək və onunla vida mərasimi "Təzəpir" məscidində baş tutacaq.

Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...