Elçin Sadıqovu hədələyən şəxs həbs edildi

Elçin Sadıqovu hədələyən şəxs həbs edildi
Vəkil Elçin Sadıqova qarşı nalayiq ifadələr işlədərək onu hədələyən şəxs polis tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat dərc edib.
Vəkil iyunun 3-də də məlumat yayaraq Binəqədi rayonunda avtomobilini park edərkən digər maşından düşən sürücünün ona qarşı nalayiq ifadələr işlətdiyini, növbəti dəfə belə olarsa, vəkilə və avtomobilinə xəsarət yetirəcəyi ilə hədələdiyini bildirmişdi.
E. Sadıqov məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət etmişdi.
“Müraciətimdən sonra xuliqanlıq edən şəxs Tağıyev Arif polis tərəfindən saxlanılmış, barəsində inzibati protokol tərtib edilərək iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və Tağıyev Arif AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 5 sutka inzibati həbs edilmişdir”, - vəkil bu gün Feysbuk səhifəsində yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
175 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...