Rusiya Türkiyəyə uçuşları dayandırdı

Rusiya Türkiyəyə uçuşları dayandırdı

Rusiya vətəndaşlarının Türkiyəyə gedişi müvəqqəti olaraq dayandırılıb. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiyanın “Dojd” telekanalı məlumat yayıb. "Türkiyədə daxili siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar Rusiya və Türkiyə aviaşirkətlərinin müntəzəm reysləri ilə Türkiyə şəhərlərinə Rusiya Federasiyası vətəndaşlarının göndərilməsi müvəqqəti olaraq dayandırılıb. Məhdudiyyət siyasi vəziyyətin sabitləşməsinə qədər qüvvədə olacaq", - Rusiya Aviasiyasının yaydığı məlumatda deyilir.

Bildirilir ki, Türkiyədən Rusiya vətəndaşlarının çıxarılması davam edəcək. Rusiya Turizm Cəmiyyətinin sədri Oleq Safonovun verdiyi məlumata görə, hazırda Türkiyədə Rusiyanın təxminən beş min vətəndaşı var. Bunlar fərdi və ya turizm şirkətləri vasitəsilə bu ölkəyə səfər edənlərdir. Daha əvvəl cəmiyyətin mətbuat xidmətinin rəhbəri İrina Tyurina səyahət reyslərinin bazar ertəsinə - iyulun 18-ə qədər dayandıra biləcəyini demişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
231 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...