Ərdoğan Güləndən müsahibə alanlara səsləndi - VİDEO

Ərdoğan Güləndən müsahibə alanlara səsləndi -


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli mətbuata göstərdiyi dəstəyə görə təşəkkür edib. AzVision.az xəbər verir ki, Ərdoğan ötən gün çıxışı zamanı yerli və xarici KİV-lərə müraciət edib: “Bizə yaxın və uzaq olan ölkələrin media qurumlarının məsul şəxslərinə səslənirəm. ABŞ-da qoşa qüllələrə terror hücumu zamanı, bir dövlətin mətbuat nümayəndəsi Ben Ladendən müsahibə aldımı?. Əgər belə bir hal baş versəydi, ABŞ-ın buna nə reaksiya nə olardı?.

İndi Amerikada 400 kv.m ərazidə məskunlaşan terrorçuların lideri ilə reportaj hazırlayan media qurumuna qarşı bizim münasibətimiz necə isti ola bilər? Mən özüm hər gün bir beynəlxalq mediaya müsahibə verib, o adamın əsl simasını nümayiş etdirəcəm” - deyə, o əlavə edib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycan Respublikası Prokurorluğunun müraciətini nəzərə alaraq, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə qərar qəbul edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...