"Zaman-Azərbaycan" qəzeti də fəaliyyətini dayandırdı

"Zaman-Azərbaycan" qəzeti də fəaliyyətini dayandırdı


“Zaman-Azərbaycan” qəzeti Azərbaycanda fəaliyyətini dayandırıb. Azadliq.org bildirir ki, qəzetin baş redaktoru Anar Qaraxançallı fəaliyyətlərini dayandırdıqlarını təsdiqləyib. O, qəzetin bununla bağlı açıqlamasının olacağını bildirib.

* * *

Azərbaycandakı “Zaman-Azərbaycan” qəzetinin saytı (zaman.az) bağlanıb. Hazırda sayta giriş qapalıdır. Xatırladaq ki, zaman.az saytının ABŞ-da yaşayan Fətullah Gülənə bağlı olduğu deyilir. Saytda iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı Fətullahçı Terror Təşkiatının (FETO) təbliğatına geniş yer verilir və prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə yazılar yer alırdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...