Qarabağ qazisi prezidentdən kömək istədi – ŞİKAYƏT

Azərbaycan Respubikasının Prezidenti Cənab İlham Əliyevə:
Sürəti : Azərbaycan Respubikasının birinci xanımı olan,xanım Mehriban Əliyevaya :
Sürəti : Əmək və Əhalinin Sosial Müdafiəsinin Naziri Cənab Səlim Müslümova:
Sürəti : Azərbaycan Respubikasının Daxili İşlər Naziri Cənab Ramil Usubova :
Sürəti : Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova:
Sürəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Ombudsman Elmira xanım Süleymanovaya:
Yevlax şəhər Elçin Ağayev keçəsi döngə 2 ev 30-da yaşayan Veyisov Ruslan Ziyad oğlundan
ƏRİZƏ:
Yazıb diqqətinizə çatdırmaq istəyirəm ki, 1993-1994-cü illərdə Qarabağ torpaqları uğrunda,gedən döyüşlərdə,Ağdam,Fizuli, bölgəsində qəhrəmancasına canımdan və qanımdan keçməyə hərbiran hazır olmaqla, və evin tək öğlu olmaqla,öz sağlamlığımı itirmışəm.
Və bugündə,Qarabağ torpaqlarının qayıtması üçün, hərbir halda,canımdan keçməyə hazıram. Baxmayaraq ki,ölkə rəhbəri cənab İlham Əliyev dəfələrlə Qarabağ əlillərinin,Şəhid ailələrinin,Qarabağ veteranlarına həyat tərzinin yaxşılaşdırılması üçün sərəncam imzalasada,hələdə bu problem öz həllini tapmayıb.Elə Yevlax şəhər EL TV - Televiziya şırkətinin əməkdaşı müxbir Elçin Baxşəlizadə ölkə rəhbərinin bu sərəncamına etiraz edir. Bundan başqa mən bir sahibkar kimi özümə məxsus olan Mahir kafesində,ailəm üçün bir parça çörək pulu qazanmağada tutduğu vəsifədən sui istifadə edərək maneçilik törədir. Ancaq 19.10.2015-ci il tarixdə ölkə başcısı növbəti dəfə sahibkarların iş fəaliyyətinə maneçilik törədənlərə qarşı sərt tapşırıq vermışdir. Buna baxmayaraq,Elçin Baxşəlizadə və atası Eldəniz Baxşəliyev mənim kafemə gələrək,ailəsi üçün bir parça çörək pulu qazanan, Mahirə xanımı və Abbas bəyi küçə söyüşləri ilə şərəf və leyaqətini alçaltmışdır.
Onu da qeyd etmək istəyirəm ki, 24.01.2015-ci ildə dünyasını dəyişmiş, bacımın yoldaşı Baxşəliyev Natiq 3 uşaq atası həmin kafeyə şərik idi. O gündən bugünə isə mən öz ailəmlə birgə həyat yoldaşını itirmiş bacıma, və onun üç övladının bir parça çörəyi həmin kafədən çıxır.
Mənim bu çətin vəziyyətimdə olmağımı nəzərə almayaraq, Baxşəliyev Eldəniz və onun oğlu Baxşəlizadə Elçin iki ailənin, ölkəmizin bu çətin vəziyyətində, bir parça çörəyini əlindən almağa çalışırlar. Onu da əlavə edim ki, bu problemin yaranması mərhum Baxşəliev Natiqin 40 mərasiminin səhərisi günü yaranmışdı. Və Eldəniz Baxşəliyev məni öz həyətlərinə çağıraraq, bacımın evinin iki pəncərəsini bağlamağı və kafenin qarşısındakı 4 stolu yığışdırmağımızı tələb etdi. Onuda qeyd edim ki, 40 mərasimin sabahı günü, gözü yaşlı bacımın və onun övladlarının gözləri baxa-baxa öz mərhum qardaşının goruna söyərək təhqir etmişdir.
Bunun insanlığa nə dərəcədə sığmasına siz aydınlıq gətirin? Eldəniz Baxşəliyevin bu insanlığa sığmayan hərəkətinə görə, heç bir bacı-qardaş qapısını açmır. Bundan hiddətlənən E.Baxşəliyev və oğlu E.Baxşəlizadə qərəzli şəkildə dəfələrlə 102 qaynar xəttini yanlış məlumatla narahat edərək, iki ailənin bir tikə çörəyi gələn kafeni bağlatmağa çalışırlar. Sizlərdən xahiş edirəm ki, bir Qarabağ veteranı və sahibkar kimi,mənim pozulmuş hüquqlarımı iki ailənin bir parça çörəyini təmin etməyimə öz köməkliyinizi göstərəsiniz. Göstərdiyiniz diqqətə görə əvvəlcədən sizə minnətdarlığımı bildirirəm...!
Sizlərdən çox-çox xahiş edirəmki Cənab Prezidentimizin çıxışı olan bu video linkə girərərək diqqətlə qulaq asasınız.
396 dəfə oxundu