Unibank səhmlərinin 30 faizini satışa çıxarır - Eksküliziv

Unibank səhmlərinin 30 faizini satışa çıxarır -


GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən ölkənin ən iri banklarından biri olan Unibank səhmlərinin böyük bir qismini satışa çıxarır. Bununla bağlı olaraq artıq qiymətli kağızlar bazarında dolaşan xəbərlərdə deyilir ki, manatın devalvasiyasından sonra bankın aktivlərinin kəskin azalması müşahidə edilir. Həmçinin də Unibankda istehlak kreditləri üzrə həcm fantastik şəkildə şişib.

Məlumatlarda deyilir ki, bankın məcmu kapitalının yarıdan çoxunu problemli istehlak kreditləri təşkil edir. Bu səbəbdən də bankın kapitalının aktivlərlə bağlı həcmində problemlər yaşanır. Məlumatlara görə, hələlik bankın 30 faizlik səhmlərinin sifarişçi qismində alıcı yoxdur. Bankda isə dollarlaşma prossesi ilə bağlı mühim çətinliklər yaşanmaqdadır.

GUNDEMİNFO.AZ-a verilən xəbərdə deyilir ki, bankın depozitlərində də azalma müşahidə olunmaqdadır. Profisit üzrə göstəricilərdə də kəskin geriləmə baş verməkdədir. Unibankda əmanəti olan fiziki şəxlər devalvasiyadan sonra pullarını geri çəkməyə və yaxud da manatdan dollara keçirməyə başlayıblar. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
367 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...