Bərdənin təhsil rəisi barədə ÇOX İLGİNC İDDİA

Bərdənin təhsil şöbəsinin müdiri ilə bağlı GUNDEMİNFO.AZ-ın redaksiyasına müraciət daxil olub. Saytımıza ünvanlanan həmin müraciətin müəllifi kimi rayon ziyalıları S.Qurbanov,Q.Ağayev,Z.Mikayılov soyadlı şəxslər göstərilib. Müraciət edən bərdəli müəllimlər təhsil naziri Misir Mərdanova yazırlar. Müraciəti təqdim edirik:
Təhsil Naziri cənab M.Cabbarova
BƏRDƏDƏ Müəllimlərin maaşına göz dikənlər və yaxud Rzaqulunun " FOND" pulu əməliyyatı.
Bərdə rayonunda 80 orta məktəb var. Burada işləyənlərin sayı 5 min nəfər yaxındır. Bir qayda olaraq müəllimlərdən hər ay 100 manata 10 manat pul yığılır. Bu çirkin işində adın qoyublar " FOND" pulu. Bu işlərin tək direktorlar tərəfindən təşkil olunması mümkün deyil. Əldə etdiyimiz bilgilərə görə bu iş Bərdə təhsil şöbəsinin müdiri cənab Rzaqulu Şərifovun tapşırıqı əsasında həyata keçirilir.
Ancaq Rzaqulu Şərifov rayonda keçirilən tədbirlədə rayon rəhbərlərinin, hüquq müafizə orqanlarının və ictimayyətin hörmətli ziyalılarının gözünün içinə baxa-baxa düzlükdən, təhsildəki uğurlardan danışır. Rzaqulu müəllim siz bilmirsiniz ki, birinci sinif şagirdləri qış mövsümündə məktəbdə isinmək üçün dərs çantalarında odun və ya neft gətirirlər. Siz bilmirsiniz ki, hər ay jurnal pulu, təmir pulu, Təhsil Şöbəsindən gələn inspektorları yola salmaq üçün şagirdlərdən pul yığılır?
Əlbətdəki bunu siz çox yaxşı bilirsiniz. Kətəlparaq kəndindən Bərdə şəhərinə direktor təyin olunanda bir köhnə istismara yararsız "Volqa" maşınınız var idi (yəqin ki xatırlayırsınız) Sonra nə oldu? Təzə məkdəbdə direktor işləməyə başlayandan sonra 1-ci sinifə qəbul " xüsusi" usulla götürüldü, birinci partada oturan ,sinif nümayəndəsi seçilməkdə "Hörmətlə" həyata keçirildi. Məktəbin 09 AA 089 xidməti minik maşını ilə oğlunuz hansı hadisəni törətdi?
Onu da yəqin unutmamısınız. Siz unutsanız da cavan oğul itirən ananın fəryadı həmişə göylərə ucalacaq. Bəli həmin FOND pulu hesabına az müddətdə çox bahalı xarici avtomobil, Bərdə şəhərində Villa tikdirmək mümkün oldu. Əgər belə deyilsə sizin məvacibinizlə bunları etmək olardımı? Məktəb direktorları bu ilin büdcəsində təhsilə ayrılan 60 min manat təsərrüfat xərcinin olmsından xəbərləri varmı və həmin təsərrüfat xərcinə bir qucaq odun alıb məktəblərə verdinizmi?
Tribunadan danışanda bax bunlardan danışın, rəhbər işçiləri tərifləyib sonra da arxada deməyin ki, məcburam yalandan da olsa tərifləməliyəm. Hər axşam işdən sonra hansı çayxanada oturub sizə yaxın olna işçiləriniz və məktəb direktorları ilə rayonun taleyi haqqında söhbətlər aparmaq və sizə bu yaxınlarda yüksək vəzifə söz verildiyini söyləməklə heç nəyə nail ola bilməyəcəksiniz.
Sizdən əvvəlki rəhbər tərəfindən bu FOND pulu heç olmasa insafla yığılırdı. Ölkədə baş verənlərdən nəticə çıxarmaq vaxtıdır. Fond puluna əl əçmanızı dayandırın. Müəllimlərin qəzəbindən qorxun. Çünki həmin müəllimlər gözlərin öz halal məvaciblərinə dikiblər.
GUNDEMİNFO.AZ olaraq bildirək ki, yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
2083 dəfə oxundu