Etibar Əliyev Texnikabank-da kimi cəzalandıracaq?

Etibar Əliyev Texnikabank-da kimi cəzalandıracaq?


Məlum olduğu kimi, Eldar Mahmudov Milli Təhlükəsizlik Naziri postundan alınandan sonra bəzti üzünə gülənlər sırasında "TexnikaBank"ın sabiq şefi Etibar Əliyev də var idi. Məhz keçmiş MTN rəhbərinin şəxsi biznes maraqlarının qurbanı olan Etibar Əliyev ciddi bir bankir olmasına baxmayaraq hətta MTN-nin zirzəmisində belə saxlanıldı.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, heç də intriqabaz olmayan və keçmişdə olanları bağışlamağı bacaran Etibar Əliyev günü bu gün də qisas almaq imkanlarından istifadə etmir. "«Texnikabank» ASC-nin Müşahidə Şurasının sədri olan İsmayılov Rövşən İsmayıl oğlu ilə Etibar Əliyev normalda haqq-hesab çəkməli idi. Amma belə bir niyyət ortada yoxdur. Lakin gənc kadr olan Rövşən İsmayılov sabiq MTN şefinə yaxın fiqur olub. Onun qaibəti necə olacaq? Bu barədə dövlət qərar verməlidir. Çünki İsmayılov Rövşən İsmayıl oğlu qısa müddət ərzində Eldar Mahmudovdan aldığı təlimatları icra edib. Bu təlimatlar isə Azərbaycan dövlətinə neçəyə mail olub, bunu hesablamaq lazımdır".

Xatırladaq ki, Eldar Mahmudovun "Texnikabank" triumfundan sonra İsmayılov Rövşən İsmayıl oğlu ilə yanaşı Mürşüdlü Fuad Ələkbər oğlu və Ağayev Rauf Məmməd oğlu Müşahidə Şurasının üzvü təyin ediliblər. Yəni deməli, həmin şəxslər də keçmiş MTN şefi ilə ən azından eyni marağa qulluq ediblər. Eldar Mahmudov "Texnikabank"ı ələ keçirdəndən sonra Etibar Əliyevi əvəzləyən İsmayılov Rövşən İsmaılovun kimliyinə gəlincə isə yetərincə gənc kadr olan artıq köhnə hesab edə biləcəyimiz MŞ sədri 1992-96-cı illərdə İstanbul Universitetinin bank işi fakultəsində təhsil alıb. Bildirək ki, Rövşən İsmayılov da mərhum prezidentimiz Əbülfəz Elçibəyin böyük ümidlərlə Türkiyəyə yolladığı və bir kadr kimi geri dönəcəyinə inandığı o zamankı şagirdlərdən biri olub.

Türkiyədən döndükdən sonra isə yeni şəraitə, yeni siyasi mühitə baş vurmayan Rövşən İsmayılov ixtisasına uyğun şəkildə işləyib və 2007-ci ildə iqtisadi təhsilini davam etdirərək Dövlət İqtisad universitetinin maliyyə fakultəsində magistr dərəcəsi alıb. «TexnikaBank»ın rəhbərliyinə təyinata qədərsə Rövşən İsmayılov «BeynəlxalqBank»ın idarə heyətinin sər müavini və baş maliyyə direktoru postlarını tutub.

İndi isə Elçibəyin ümdilə Türkiyəyə yolladığı, sonradan isə Eldar Mahmudovun kadrı kimi tanınan bu gənc bankir çətin durumla üz-üzədir. Bu barədə isə az sonra... Bizi izləyin...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1416 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...