Sarsılan ŞƏR və Azərbaycan dövlətinin sarsılmazlığı … Bizim şərh

Sarsılan ŞƏR və Azərbaycan dövlətinin sarsılmazlığı …


Ətrafımızda olan bir dost və qardaş dövlət Türkiyənin başı dərddədir indi. Əslində başı dərddə deyil, başına dərd istəyənlərlə məşğul olur Rəsmi Ankara. Orta da o qədər sübutlar var. 1000 illik bir tarixi olan türk dövlətinə sabotaj etmək istəyənlər gerçəkliklər önündə çıxılmaz durumdadır. İndi hətta Rusiyada hüquq müdafiə təşkilatları belə Rusiya Müdafiə Nazirliyini məhkəmə verirlər. Ondan Rusiya Prokurorluğa şikayət edirlər ki, uçaklar üzərində niyə xəbərdarnlıq nişanları olmayıb? Niyə qırıcıların efir üzrə rabitə sistemində «heç kimə cavab verməyin» əmri verilib? Kim bu əmri verib?

Türkiyə Rusiya qırıcısını endirməklə bütün hüquq və haqlarını sübut etmiş olur ki, qaydaları və qanunları pozan ruslardır. İndi ruslar əllərindən gələni etməklə türk dövlətlərinə şər atmaqla başlayıb və davam edirlər. Rusiyanın «Rossiya 24» kanalı türklərin terrorçu olmalarını isbatlamaq üçün əlllərindən gələni edir. «Ekspertlər» danışır. Həm də erməni ekspertlər. Amma fakt ortadadır. Dövlətin sərhədləri pozulub və sonucda Türkiyə dövləti dəyərlərini qoruyur.

Türkiyənin Rusiyanın qırıcısını endirməsinə regionda etiraz edən tək dövlət İran oldu. Və ardından da İran iddia etdi ki, vurulan qırıcının pilotlarını onlar xilas edib. Hətta ittiham dolu bəyanatlar Rəsmi Tehranın ünvanından dünyaya yayıldı. İran nə istəyir? İran regionda qüdrətli türk dövlətinin qurulmasından narahat olmaya bilməz. Türkiyənin rus qırıcısını endirməsi türklər üçün bir onur, bir şərəf məsələsi kimi bütün sosial şəbəkələrdə təbliğvə təşviq edilir. Bunu edənlər isə ikmdənsə təlimat almırlar.

Azərbaycan çox qüdrətli bir dövlət quruluşuna malikdir. Bizim dövlət quruluşumuz sarsılmazdır…

Onun sarsılmasını istəyən o qədər güclər var ki, dünən Nardaranda da bu ölkənin əhalisinin çoxluğunun inancı olan İslam adına ekstremist hərəkət etmək istədilər. Bu dövlətin, bu millətin asayişinin keşiyində dayanan qardaşlarımız şəhid oldu. Tanrı onların ruhunu şad etsin. Onlar bu ölkədə «Allahu əkbər» deyib də nə pis niyyət varmsa etmək istəyirdilər. Amma İslam körpələrin ölməsini, günahksız insanların ölüdürülməsini qəti rədd edən din deylimi?

Nardaranda baş verən olaylar sözün əsl mənasında xarici ölkələrin təsiri altında edilmiş bir hərəkətdir və adı üzərində…

Ölkədə sosial problemlərmi var? Ölkədə insan haqları problemimi var? Bunu deyirsiniz. Niyə demirsiniz ki, İran öz işğalı altında 35 milyonluq Azərbaycan türkünü saxlayır. Onlara anna dilində yazmağa, oxumağa, yaşamağa belə imkan vermirlər? Niyə bu barədə danışmırsınız? Bəlkə deyəsiniz…

Bizim polisimizi şəhid edən bu ekstremist ünsürlər bir dəfə İranda haqqı tapdanan türklərin haqqının qorunması ilə bağlı bir kəlmə belə deyiblərmi? Deməzlər! Çünki bunlar üçün təlimatlar netdir. Deyə bilməzlər!

Amma Azərbaycan Respublikası qüdrətli bir ölkəyə çevrildikcə bunlar narahat olurlar. Milçək vızıltısı kimi…


Razi Abasbəyli


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
405 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...