Sabiq rabitə naziri od püskürdü

Sabiq rabitə naziri od püskürdü


“Rabitə sistemindəki milyonlarla yeyinti faktları adamı dəhşətə gətirir. Bu üzdəniraq “rabitəçi” soyğunçu dəstəsini kim formalaşdırıb?”

Bu sözləri Azərbaycanın sabiq rabitə naziri Siruz Abbasbəyli özünün sosial şəbəkəsindəki səhifəsində yazıb.

Eks nazir qeyd edib ki, 1992-97-ci illər rabitə sahəsinin ən məhsuldar dövrü olub. Mobil rabitə sistemləri, Azercell, Bakcell birgə müəsissələri, AzTel, UlTel, AzEvroTel, fiber optik kabel çəkilşi, elektron ATS-lər, Beynəlxalq Telefon Stansiyası, NETAŞ, TELETAŞ şirkətləri ilə iş birliyi, internet şəbəkəsinin yaradılması, ABŞ, İngiltərə, İtaliya, İsrail, Türkiyə və başqa dövlətlərlə müştərək müəssəisələr və ən nəhayət möhtəşəm telequllənin istifadəyə verilməsi kimi işlər görülüb. “Bu işlərə milyonlarla vəsait xərclənib, bir manat belə yeyinti və korrupsiya hallarına yol verilməyib”.

Sabiq nazir bu cinayətkarları vəzifəyə təyin edən dəstəni cəzalandırmağı tələb edib: “Bu üzdəniraq “rabitəçi” soyğunçu dəstəsini kim formalaşdırmışdı? Kim bunları belə yüksək vəzifələrə təyin etmişdi? Hər halda yüksək mədəniyyətə malik Əli Abbasov bunu etməzdi. Birinci o şəxslər cəzalanmalıdır. Bütün rabitəçi kollektivlərinə ləkə yaxan belə “rabitə”çilərə ar olsun! Maraqlıdır ki, belə bir rüsvayçı hala rabitə işçilərinin reaksiyası sıfıra bərabərdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
988 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...