İlham Əliyevdən Türkiyəyə böyük - JEST

İlham Əliyevdən Türkiyəyə böyük -


Prezident İlham Əliyevin təlimatıyla Orta Asiyaya gedən türk yük maşınları Azərbaycandan keçəcək.

“Qafqazinfo” Yeni Şafak qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Rusiya gömrüyündə maneələrlə rastlaşan yük maşınlarının Qazaxıstan, Qırğızıstan və Tacikistana getməsi üçün öz qapılarını Türkiyəyə açıb.

Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinə (UND) verdiyi məlumata görə, Rusiyadan tranzit keçid etmək istəyən Türkiyə nömrəli maşınlar Xəzər dəhlizindən istifadə edəcək.

Mevlüt Çavuşoğlu Azərbaycana səfəri zamanı bu problemi həmkarı Elmar Məmmədyarovla bölüşüb.

İlham Əliyevdən Türkiyəyə böyük -


Məmmədyarov sözügedən məsələni Azərbaycan dövlət başçısı İlham Əliyevə çatdırdığı bildirib.

Əliyev bu xahişi müsbət qarşılayıb, türk yük maşınlarının keçidi üçün bütün növ xidmətin göstərilməsi təlimatını verib.

Təlimatdan sonra iki ölkə nümayəndələri məsələni müzakirə edib, türk sürücülərin viza və digər problemlərlə rastlaşmayacaqlarıı qeyd olunub.

UND icra heyəti başçısı Fatih Şener açıqlamasında indiyənədək xərclərin yüksək olduğu üçün bu tranzit yoldan istifadə etmədiklərini bildirib.

İlham Əliyevdən Türkiyəyə böyük -


Şener Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayacaq bu yolun daimi olmasının vacibliyini qeyd edib:

“Rusiya böhranı yaşandığı bir vaxtda Azərbaycan zərər çəkmiş yük maşınlarımıza sahib çıxdı. Azərbaycan dövlət başçısı İlham Əliyev tranzit keçidlərinin asanlaşdırılması təlimatını verdi və bunun üçün iqtisadiyyat naziri başçılığında bir komitə yaradıldı. Azərbaycan tərəfindən də gəmi və liman qiymətlərində 50 faiz endirim gözləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
622 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...