Arzu Rəhimovun adamları ilə bağlı - ŞOK İDDİALAR

Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi ilə bağlı ilginc iddiaların yer aldığı informasiya daxil olub. Belə ki, DİA.AZ-ı məlumatlandıran mötəbər mənbə bildirir ki, qeyd olunan şöbənin rəisi Nicat Zəfər oğlu Həsənov hansısa digər keyfiyyətlərinə görə yox, sırf olaraq SHXÇDX-nin rəhbəri Arzu Rəhimovla özəl münasibətlərinə görə, kapitan rütbəsində olmasına rəğmən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin rəisi pistuna təyin olunub.
Məlumatı dia.az-a verən mənbə bildirir ki, əvvəllər sərhəd qoşunlarında hərbi xidmət keçən Nicat Həsənovla Arzu Rəhimov qonşudurlar və Nicat Həsənovun atası Zəfər Həsənov Bakının ən məşhur maşın alvermilərindən biridir. Elə məhz Arzu Rəhimovun himayəsi altında Nicat Həsənov hərbi xidmətini o zamanlar Arzu Rəhimovun Baş qərargahının rəisi olduğu Sərhəd Qoşunlarında çəkir.

Sonradan Zəfər Həsənovun hədiyyələrlə zəngin dostluğu səbəbindən Arzu Rəhimov Nicat Həsənova himayədarlığını davam etdirir. Onun ilk əvvəl - 2004-2011-ci illərdə Zəngilan rayon hərbi komissarlığında çağırış bölməsinin rəisi, 2011-2013-cü illərdə Bakı şəhəri, Binəqədi rayon hərbi komissarlığının 4-cü bölmə rəisi postlarında işləməsinə şərait yaradır. 2013-cü ilin may ayından son təyinatadək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Çağırış Baş idarəsinin zabiti vəzifəsində xidmət etmişdir. Daha sonra isə Arzu Rəhimovun müvafiq əmri ilə 18.11.2014-cü il tarixdən Xidmətin Qusar Rayon Şöbəsinin rəisi təyin edilir.
Dia.az-a danışan mənbə bildirir ki, hətta normal hərbi sıra yürüşünü belə bilməyən Nicat Həsənovun bu gün belə bir mühüm posta necə təyin olunduğunu Arzu Rəhimovun özündən soruşsaq, daha yaxşı olar...
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
1354 dəfə oxundu