Deputatın 165 min manat qalmaqalına münasibət bildirildi
Məlahət Qurbanova çirkli pullarını yumaq üçün deputat adından spekulyasiyalar edir
Bakı şəhər sakini Məlahət Qurbanova Milli Məclisin deputatı Rafael Cəbrayılov və onun qardaşı Elşən Cəbrayılovun ünvanına kəskin ittihamlar səsləndirib. Xanım Qurbanova mətbuata açıqlamasında bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtıyla prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi lombarda gələrək, pul götürüb və qaytarıb: “Mirəhməd Abbasov həm tələbə yoldaşım olub, həm də bu hərəkətləri ilə daha da etibarını artırıb. Lakin 2013-cü ildə o, mənə bildirdi ki, deputat Rafael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovla şərikli bina inşa edirlər. Və tikinti işlərini davam etdirmək üçün onlara pul lazımdır. Mən də Mirəhmədə etibar etdiyim üçün ona 165 min manat pul verdim. Lakin aradan 1 ildən çox vaxt keçməsinə baxmayaraq pullarımı qaytarmırlar”. Qeyd edək ki, M.Qurbanova bu prosesdə sürücü Vüqar adlı bir şəxsin də adını çəkərək onu da ittiham edib.
Lombardçı xanım Məlahət Qurbanovanın ittihamlarının nə dərəcədə əsaslı olub-olmamasını öyrənmək üçün məsəslədə adı hallandırılan Mirəhməd Abbasovla əlaqə saxladıq. GUNDEMINFO.AZ-a açıqlama verən M.Abbasov bunları dedi: "Deyilənlərin heç bir əsası yoxdu. Hamısı yalan, böhtan xarakterlidir. Lombardın baş direktoru - Məlahət Qurbanova uzun müddətdir ki, uçotdan kənar pulları dövr etdirir. O pullar da gedib çıxıb adı məsələdə sürücü kimi hallandırılan Hümbətov Vüqara - həmin o firmada bir neçə mağaza işlədən şəxsə. Hansı ki, sonradan bəlli oldu ki, o çox sayda şəxsləri aldadıb, pullarını alıb, etimaddan sui-istifadə edib. Hümbətov Vüqar barəsində bir ildən az müddət olar ki, cinayət işi açılıb. Onun barəsində bir ilə yaxındır ki, axtarış elan olunub. Nəsimi rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən istintaq aparılır. Bir ilə yaxındır ki, onu tapa bilmirlər. Bunlar isə istintaqa müraciət etməkdən imtina edir, qısa yolla elə bilirlər ki, pullarını almaq daha asan olacaq”.
Mirəhməd Abbasov qeyd etdi ki, burada çox qarışıq məsələlər var. Bunu ancaq istintaq araşdıra bilər. Bu məsələ rəsmi qaydada araşdırılsa, Məlahət Qurbanova barəsində vergidən boyun qaçırmaya görə cinayət işi başlanmalıdır: “Çünki, işlədiyi Lombardda minimum 6-8 faizdən pul verib. 2013-cü ildə Vüqar Hümbətova verdiyi puldan bir il ərzində 120 min faiz alıb. Bu şəxslərin Elşən Cəbrayılov barədə söylədikləri də cəfəngiyyatdır. Heç onun üzünü də görməyiblər. Rafael Cəbrayılova gəlincə isə deyə bilərəm ki, ictimai xadim, Milli Məclisin deputatı olan bu şəxsi isə yalnız televizorda görüblər. Bu adlardan sui-istifadə olunub, vəssalam”.
Mirəhməd Abbasovun sözlərinə görə, Məlahət Qurbanova iki il bizdən əvvəl hüquq fakultəsini bitirib. Onun Rafael Cəbrayılovla ümumiyyətlə, heç bir tanışlıgı olmayıb: “Yenə də təsdiq edirəm ki, lombardçı xanımın dediklərinin hamısı böhtandı. Vüqar çoxlu sayda insanları aldatdığına görə, onlar H.Vüqardan pulun geri alınmasının qeyri-mümkün olduğunu bilirlər. Azərbaycan Respublikası Qanunvericiliyinin tələblərinə uyğun olaraq verdiyi pulun müqabilində rəsmi qaydada girovunu götürməli idi. Əgər bu qanunun tələblərinə uyğun fəaliyyət göstərsə idi, yəqin ki, digər Lombardlar kimi bunun da problemi olmazdı.
Axtarışda olan şəxs gəlib Rafael müəllimin necə sürücüsü işləyə bilər? Nə qədər ağıla batan olar? Hesab edirəm ki, Məlahət Qurbanova çirkli pullarını yumaq uçun bu məsələlərdən spekuliyasiya etmək istəyir”.
466 dəfə oxundu