Deputatın "Dərhal" şirkətindən operativ fırıldaq - ŞİKAYƏT

Deputatın "Dərhal" şirkətindən operativ fırıldaq -


Deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılov Bakı sakinlərini müxtəlif vədlərlə aldadaraq, onların pullarını alıblar.

GUNDEMİNFO.AZ jam.az-a istinadla xəbər verir ki, Məlahət Qurbanova və Osman Hacıyev lombardda çalışırlar. Onların sözlərinə görə, deputat mənzil tikintisi üçün onlardan pul alıb. Şikayətçilərin sözlərinə görə, Cəbrayılovlar ilk dəfə 300 min manatlıq mülkün müqabilində lombarddan 165 min manat götürüblər.


M.Hacıyevadan alınan pul indiyə qədər qaytarılmayıb. Əksinə, xanımı pulu geri istədiyinə görə hədələyiblər. O.Hacıyevə isə 52 min manatlıq mənzil satılsa da, sonradan məlum olub ki, eyni mənzil digər birinə də satılıb. Hətta ikincinin həmin mənzilə dair çıxarışı belə var. İşin maraqlı tərəfi odur ki, «Dərhal» MMC-yə rəhbərlik edən Elşən Cəbrayılovun bu işi təkbaşına etdiyi deyilmir. Onun qardaşı, deputat Rəfael Cəbrayılova arxayın olaraq müxtəlif addımlar atdığı söylənilir.

Deputat və qardaşından zərər çəkənlərin sayı heç də az deyil. Əksinə, müxtəlif formada aldadılaraq, pulları əlindən alınmış insanların sayı çoxdur. Və belə şəxslərdən digər bir neçəsi bizə müraciət edərək, sayt vasitəsi ilə dövlət başçısından yardım istəyirlər. Hazırda həmin şikayətlərin araşdırılması prosesi həyata keçirilir və yaxın günlərdə oxuculara təqdim olunacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...