Müşfiq Rəhimov Ramiz Zeynalovun tapşırıqlarına əməl edibmi? SİRRLƏR NECƏ YAYILIR?

Hansı nömrələr kimindir, kimlərin alması barədə məlumatlar hara ötürülür?
Dövlət Yol Polisi sistemində mühim gərginlik yaranıb. Azərbaycanda əhali arasında «zerkalnı nömrə» biznesi ilə bağlı araşdırmalara başlandığı deyilir. Məlumatlara əsasən Baş Dövlət Yol Polisi İdarəsininİmtahan Qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovun işi araşdırılır. İnformasiyalara görə, sahibkarlar, iş adamları, tanınmış məmurlar adətən ailə üzvlərinə, həmçinin də yaxın ətraflarına avtomobil alarkən M.Rəhimova müraciət etməli olublar. Təbii ki, M.Rəhimovu «görən» bu kateqoriyadan olan adamlar müvafiq olaraq dövlət nömrə nişanları ilə bağlı olaraq informasiyalarını da ona veriblər.
Bakıda şəxsi mülkiyyətdə olan bahalı dövlət nömrə nişanı olan avtomobillərlə bağlı olaraq böyük məbləğdə ödəniş edən şəxslər baradə bu günə qədər mətbuata sızdırılmış şəxslər haqqında informasiyalar ən yüksək dairələrdə müazkirə edilir. Bu baxımdan da dövlət nömrə nişanlarının kimlərə satılması, xüsusi fərqli dövlət nömrə nişanlarının kimlərə verilməsi ilə bağlı xəbərlərin mediayaya sızdırılması məsələsi araşdırılır. Və əlbəttə ki, bu məsələdə Müşfiq Rəhimovun da məsələsi diqqəti çəkəndir.
Bu mövzu ilə bağlı detallı araşdırmalarımızı ən qısa zamanda təqdim edəcəüik. GUNDEMİNFO.AZ-ı izləyin.
547 dəfə oxundu