Şamaxıda yeni il şənliyi «yığımı» - həm də audit yoxlamaları ilə bağlı

Şamaxıda yeni il şənliyi «yığımı» -


Şamaxı rayonunda bir sıra büdcə təşkilatlarında ikiqat yığım başlayıb. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir ki, rayon rəhbərliyi tərəfindən əksər icra hakimiyyətlərinə göstəriş verilib və yığımlar başlayıb. İnformasiyalara əsasən bununla bağlı olaraq xəbərdarlıqda deyilib ki, Hesablama Palatası Şamaxıda yoxlamalar aparıb və nəticə etibarilə də rayonda büdcə vəsaitlərinin istifadəsi ilə bağlı bir sıra pozuntular aşkarlanıb.

Doğrudur ki, bu barədə Palata hələlik heç bir bilgi yayımlamayıb. Lakin məlumatlara görə, Şamaxıda İcra Hakimiyyətinin adından həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Hesablama Palatasının yoxlamalarının «bağlanması» adı altında pul toplanır. Bu informasiyanı hələlik rəsmən dəqiqləşdirmək mümkün olmayıb. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
586 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...