Müşfiq Rəhimov işdən çıxarıdır - islahatlara manne olduğuna görə

Müşfiq Rəhimov işdən çıxarıdır -


Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimov vəzitfəsindən uzaqlaşdırılıb. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir. Aldığımız informasiyaya əsasən DYP sistemində aparılan islahatlar və son zamanlar yol polisi ilə bağlı olaraq vətəndaş narazılıqların artması nəticəsində dövlət qeydiyyat nişanlarının satışı ilə bağlı narazılıqlar yaşanmaqdadır.

Rəsmən dövlət tərəfindən rüsumları təyin edilmiş avtomobillər üçün dövlət nömrə nişanlarına görə, yığımlarda ciddi azalma müşahidə edilib. Bu sçahədə islahatların aparılması ilə bağlı olaraq müvafiq üst qurumların tövsiyyə və təkliflərinə baxmayaraq hələ də, eyni hərfli və rəqəmli nömrələrin satışı ilə bağlı şəffaflıq həyata keçirilməyib.

Dünya bazarında neftin ucuzlaşması səbəbindən ölkənin gəlirlərinin azalması fonunda və manatın devalvasiyasının ardınca bir sıra dövlətr qurumları sahibkarlar və fiziki şəxslər üçün rəhbəri olduqları sahədə şəffaflığın təmin edilməsi ilə bağlı islahatlar həyata keçirsələr də, DYP-nin İmtahan Qeydiyyat Şöbəsində bununla bağlı olaraq heç bir islahat həyata keçirilməyib. İnformasiyalara əsasən nömrə satışı ilə bağlı olaraq kimlərsə, şəxsi büdcələrinə böyük gəlirlər toplasa da, bu sahədə hər hansı bir şəffaflıq təmin olunmayıb.

Məlumatlara əsasən nəqliyyat vasitələri üçün dövlət nömrə nişanları əldə etmək istəyən xeyli vətəndaşa hələ də istədikləri nömrələri əldə etmək imkanları yaradılmayıb. GUNDEMİNFO.AZ-a şikayət edən vətəndaşlar deyir ki, DYP-nin İmtahan Qeydiyyat Şöbəsində köhnə qaydalar hələ də hökmrandır. Yəni dövlət rüsumu ilə «zerkalnı» nömrə almaq istəyən vətəndaşlara «qurtarıb» cavabı verilir. Lakin tələb olunan bir neçə qat artıq rüşvəti verəndə isə məlum olur ki, həmin nömrələr heç də kimlərsə tərəfindən alınmayıb və Müşfiq Rəhimovun seyfindədir.

Hazırda nəqliyyat vasitələri üçün dövlət nömrə nişanlarının satışı mexanizmlərinin elektronlaşdırılması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə tələb olunan islahatlar da bəlli olmayan səbəblərdən yubadılır. İnformasiyalara görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq elektron hökumət prispilərinə əsasən avtomobillər üçün dövlət nömrə nişanlarının hansının mülkiyyətdə olmaması barədə açıq informasiyalar verilməli olduğu halda bu barədə heç bir informasiya DYP-nin rəsmi saytında yerləşdirilməyib.

Bu barədə danışan mənbəmiz deyir ki, dəfələrlə ən yüksək dairələrdən, hətta DYP rəisi Ramiz Zeynalov tərəfindən Müşfiq Rəhimova göstəriş vverilsə də, DYP-nin rəsmi internet saytında hansı nömrələrin boş olduğu və neçəyə satılması barədə bilgilər yerləşdirilməyib. Məhz bu islahatın həyata keçirilməsinə isə maneə olan bəlli adamlar hələ də böhran dövründə şəxsi gəlirlərini güdməklə məşğuldurlar.

Bu mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...