XANIM İCRA BAŞÇISININ ANTİ-BÖHRAN PLANI: İLGİNC İDDİA

XANIM İCRA BAŞÇISININ ANTİ-BÖHRAN PLANI:


Neftin kəskin ucuzlaşması, manatın ikinci devalvasiyası bir çox sahələrdə maliyyə çətinliklərinə səbəb olub. Problem büdcə təşkilatlarının maliyyələşməsində özünü daha çox biruzə verir.

Bir neçə gün əvvəl Lerikdə büdcə təşkilatlarında çalışanların maaşlarından 50 manat kəsilməsi barədə xəbər vermişdik. Bu dəfə bənzər xəbər Abşeron rayonundan gəlib.

AZXEBER.COM xəbər verir ki, rayonun 9 nömrəli orta məktəbindən qaynar.info-ya verilən məlumata görə, müəllimlərin maaşı köçürülüb. Amma heç də bütün müəllimlərin maaşlarını ala bilməyib. Belə ki, 10 müəllimə məvacib verilməyib. Onlara bildiriblər ki, gələn ay iki aylıq maaşlarını birdən köçürəcəklər. Bəlli olub ki, bu hadisə təkcə 9 nömrəli məktəbdə baş verməyib. Belə ki, rayonun bir çox məktəblərində bəzi müəllimlərə maaş verilməyib və onlara gələn ayı gözləməyi tapşırıblar.

AZXEBER.COM-un əldə etdiyi bir digər məlumata görə, Abşeron rayonundakı məktəblərlə yanaşı bir sıra büdcə təşkilatlarında da maaşlar kəsilib. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırığı ilə böhrandan çıxmaq üçün məktəb direktorlarının və səhiyyə obyektlərindən aylıq alınan ödənişlər də çoxaldılıb. Eyni zamanda rayon ərazisində həyata keçirilən tikinti işlərindən alınan "haqq”lar da dollarla alınmağa başlanılıb. Belə ki, Xırdalanda, Saray qəsəbəsi, Mehdiabad, Qobu qəsəbəsi, Ceyranbatan qəsəbəsi, Hökməli qəsəbəsi, Masazır, Məmmədli kəndi, Fatmayı, Görədil kimi yaşayış evlərinin daha çox tikildiyi ərazilərdə tikinti üçün icra hakimiyyətinin yerli nümayəndələri tərəfindən alınan "icazələr” məhz xarici valyuta ilə həyata keçirilir.

Qeyd edək ki, hazırki icra başçısı rayonun keçmiş başçısı Zakir Fərəcovun birinci müavini olub. Hazırda Sumqayıtın icra başçısı kimi çalışan Zakir Fərəcov Sumqayıta gedərkən xanım müavinini öz yerinə gətirib. Bir çox mənbələr hazırda da rayondakı bütün nəzarətin məhz Zakir Fərəcov tərəfindən həyata keçirildiyini qeyd edirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
741 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...