«Parabank» əmanətçilərin qızıllarını su qiymətinə satışa çıxarıb - ÖZƏL

«Parabank» əmanətçilərin qızıllarını su qiymətinə satışa çıxarıb -


GUNDEMİNFO.AZ-a müraciət edən bir qrup vaətəndaş bildirir ki, manatın sonuncu devalvasiyasından sonra «Parabank» dakı kreditlərinə qaytarmaqda çətinliklə üzləşiblər. Nəticə etibarilə də bu bankda girov olaraq qoyduqları qızılarının satışa çıxarılmasına bank tərəfindən qərar verilib.

Adıçəkilən bankdan kredit götürmək üçün qızıllarını girov qoyan vətəndaşlara bu ilin yanvar ayının əvvəlindən xəbərdarlıq edilib ki, əgər kreditləri yeni dollar kursu ilə geri qaytarmasalar girov kimi qoyduqları qızılları satışa çıxarılacaq. İnformasiyaya əsasən bankda girovda olan qızılların satışa çıxarılması ilə bağlı olaraq kreditorlarla rəsmi qaydada heç bir anlaşma əldə edilməyib.

GUNDEMİNFO.AZ-a müraciət edən vətəndaşlar deyir ki, kredit müqavilələrində əslində girovların birtərəfli qaydada satışa çıxarılması məsələsi öz əksini tapmayıb. Lakin bank sadəcə olaraq kredit götürənlərə xəbərdarlıq edib ki, qızılları satışa çıxarılaraq kreditləri ilə əvəzlənəcək. Məlumatlara əsasən Parabank kredit verən zaman qızılların qramını 29 manatdan hesablayıb. Hazırda isə Azərbaycanda qızılın orta qiyməti 1 qram üçün 70-80 manat civarında dəyişib. Bundan başqa kreditlərini yeni dollar kursu ilə qaytara bilməyən vətəndaşların girov kimi qoyduqları qızılların üzərində brilliyant daş-qaşlar da qiymətləndirilməyib.

Hazırda istənilən vətəndaş Parabankdan kreditin qaytara bilməyən kreditorların qızıllarını ucuz qiymətə ala bilər. Bu mövzu ilə bağlı qarşı tərəfin də rəsmi mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...