AVİS apteklər şəbəkəsi Gülənçilərindir? GERÇƏK SAHİBİ KİMDİR

Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub. Bu gün yayılan məlumatlarda bildirilir ki, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Xatırladaq ki, dünən musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Avis apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yaymışdı. “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 18 il ərzində şirkət Bakıda 8 aptek açıb.
GUNDEMİNFO.AZ-a daxil olan informasiyada isə iddia edilir ki, bu apteklərin əsl sahibləri Fətullah Gülənin yaxın adamlarıdır və onlar Azərbaycandakı Gülənçiləri maliyyələşdirir. Xəbərə əsasən AVİS apteklər şəbəkəsi Azərbaycanda Fətullah Gülən camaatının maliyyə mənbəylərindəndir. AVİS apteklərdən əldə ediən gəlirlər, Fətulllah Gülən camaatının gizli Nur evlərində dərslərin təşkli və toplantılar və Qafqaz Universitetinə yönləndirlir. AVİS apteklər şəbəkəsinin rəhbəri Türkiyə vətəndaşı Mustafa adlı şəxs bir həftə əvvəl Azərbaycandan qaçıb.
AVİS apteklər şəbəkəsinin mənəvi lideri yəni gəlirləri paylaşdıran isə ,SAMANYOLU TV sabiq işçisi Türkiyə vətəndaşı İbrahim Xəlil Seyhandır. İbrahim Xəlil Seyhan ir başa Fətullah Gülənə Azərbaycandakı biznes şəbəkələri barədə raport yazan maliyyə imamlarının gizli rəhbəridir. Üzdə görünən Mustafa adlı şəxs isə Patamdart qəsəbəsində 2 milyon dollara villa tikmişdir.
İbrahim Xəlil Seyhan ilə görüşlər həftə sonu villada keçirilirmiş.
GUNDEMİNFO.AZ-a daxil olan bu məlumatda adları keçən şəxsləri də dinləməyə hazırıq.
1163 dəfə oxundu