Vidadi İsayevin piar şirkəti onu necə aldadır? - Sarayın əyanlarının tərifi də pulludur

Vidadi İsayevin piar şirkəti onu necə aldadır? -


Hər gün GUNDEMİNFO.AZ-a Bərdə rayonundan, Bərdə Rayon İcra Hakimiyyətindən və onun başçısı Vidadi İsayevdən onlarla şikayət, narazılıq, etiraz, döjvlət başçısına ünvanlanan müraciətlər, materiallar daxil olur. Elektron poçtumuza daxil olan bu müraciətlərin hamısını istisnasız olaraq yayımlayır dərc edir və qarşı tərəfin də mövqeyini öyrənməyə çalışırıq. Lakin Bərdə RİH-i ilə əlaqələr çox məhduddur. Lakin elə daxil olan şikayət, etiraz və narazılıqlarla paralel hər gün bizim elektron poçtumuza berde_az.mail.ru ünvanından onlarla mədhiyyə, tədbir, toplantı press-relizləri göndərilir. Üç nöqtə ilə daxil olan press-relizlərdə heç bir əlaqə nömrəsi yoxdur.
Vidadi İsayevin piar şirkəti onu necə aldadır? -

GUNDEMİNFO.AZ olaraq bu rayondan olan narazılıqlarla bağlı isə münasibət öyrənmək ümümiyyətlə mümkünsüzdür. Dəfələrlə saytımızın əməkdaşları adıçəkilən elektron ünvana müraciət etsələr də daşdan səs çıxır bu icra hakimiyyətinin bizə hər gün press-reliz yollayan ünvanından səs çıxmır.
Vidadi İsayevin piar şirkəti onu necə aldadır? -

Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu ünvandan gələn press-relizlərə görə hər ay Bərdənin icra başçısı Vidadi İsayev müqavilə şərtlərinə uyğun hansısa piar şirkəti ilə «razılaşır». Həmin bu fırıldaqçı berde_az.mail.ru ünvanının adminstratorları da guya GUNDEMİNFO.AZ-da hansısa hesabat xarakterli materialların yayıldığını başçıya təqdim edirlər. İcra başçısı internet saytlarına daxil olmur və rayonu haqda, vətəndaşlarının narazılıqları barədə heç bir bilgi əldə etmir.
Və yaxud da eşitmək və oxumaq istəmir.

Eynən saray kralları kimi yalnız onu mədh edən, etdi deyib aldadan əyanları var…

Artıq mail.ru adminstrasiyasına berde_az.mail.ru ünvanı ilə bağlı şikayətlərimizi təqdim etimişik. Yaxın günlərdə bun ünvanın kimlər tərəfindən idarə edildiyini, icra başçısı Vidadi İsayevlə əlaqələri barədə ətraflı araşdırmalarımızı təqdim edəcəyik.
Onu da əlavə edək ki, ilkin informasiyalara əsasən berde.gov.az saytı olan Bərdə RİH-nin rəsmi internet səhifəsini də berde_az.mail.ru ünvanını idarə edən piar şirkəti idarə edir. Bu mövzu da araşdırma predmetimizdir.
Qarşı tərəfin bütün arayışlarını dinləməyə hazırıq.

P.S Bərdə Rayon İcra Hakimiyyəti iddia edə bilər ki, bu berde_az@MAİL.RU ünvanı ilə icra hakimiyyətinin heç bir əlaqəsi yoxdur. O zaman bəs Vidadi İsayevin hər addımını fotosessiya edib saytlara göndərən, o görüşlərdə «dejurnı» kimi daynan mirzələr kimdir?
Vidadi İsayevin piar şirkəti onu necə aldadır? -




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
891 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...