Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanoun “gestapo” qaydaları

Dövlət Dəniz Administrasiyasının Bakı şəhəri Xanlar küçəsi 2 B ünvanında yerləşən inzibati binasında əsl «gestapo» rejimi hökm sürür. GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən inzibati binada işləyən 100-ə yaxın işçi səhər saat 09:00-da binaya daxil olurlar. Bundan sonra isə binadan axşam saat 19:00-a qədər çıxış qəti şəkildə yasaqlanır. Giriş elektron kart vasitəsilə həyata keçirilir və qapıda dayanmış xüsusi inzibatçılar nahar fasiləsində belə işçilərin inzibati binadan çıxışına yasaq qoyurlar.
Məlumata əsasən hətta binada çalışanların yaxın qohumları, valideynləri belə qapıda axşam saatlarına qədər gözləməli olurlar. Binanın önündə dayanmaq da Qüdrət Qurbanov tərəfindən qəti şəkildə yasqalanıb. İnzibati binanın işçilərindən birinin dediyinə görə, minlərlə işçisi olan ADDA-da şikayət, təklif və ya hər hansı bir sənəd hazırlamaq üçün gəlmək qəti şəkildə yasaqdır. Eyni zamanda kənar vətəndaşlar da binaya yaxınlaşa bilməzlər. Qüdrət Qurbanov özü isə binaya arxa qapıdan daxil olur və onun günün hansı saatlarında işdə olub-olmadığı bilinmir.
GUNDEMİNFO.AZ-a bilgi verən mənbə deyir ki, son zamanlar adminstrasiyada az da olsa aparılan ixtisarlar nəticəsini işini itirənlər də müraciət etməyə ünvan tapa bilmirlər. Mövzu ilə bağlı detallı bilgiləri təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
1004 dəfə oxundu