Əziz Əzizovun sabiq müavini ilə davası nədir? - İcra başçısı talaş içində

Son zamanlar Cəlilabadın icra başçısı Əziz Əzizovun ciddi təlaş keçirdiyi aşkarca müşahidə edilir. Rayonda nə baş verirsə, icra başçısı ciddi şəkildə narahatdır. Əslində icra başçısının ən yaxın adamı, Əziz Əzizovun birinci müavini Asif Əzizov işdən çıxarılıb. Onun şikayətçi olduğu hər kəsə bəllidir. Ölkənin yerli mətbuatında Əziz Əzizovun boy-boya yızalır dərc edilir.
Hesabatlar, görülən işlər və görüləcək işlər barədə sicilləmə yazılar yazılır. Hər halda ortada bir məqam var - axı niyə icra başçısının təqdimatı ilə birinci müavin vəzifəsindən işləmiş bir şəxs qəflətən «dönük» çıxır? Nə baş verir ki, çiçəklənən Cəlilabad rayonunda Əziz Əzizovun ən yaxın adamı mediada düşmən kimi təqdim olunur?

GUNDEMİNFO.AZ-a daxil olan informasiyaya əsasən Cəlilabad rayonunda narazı insanların problemlərini dinləyən də, onları aldadaraq «yola verən» də illərlə elə icra başçısının müavini olub. Məlumatlara əsasən icra başçısı indi rayonda yarananan saraydaxili sorunların mediada və rəsmi dairələrdə müzakirə edilməməsi üçün məddahlarıqn yardımına ciddi ehtiyacı yaranıb.
Və indii heç bir sosial-iqtisadi «problemin olmadığı» bu rayonla bağlı tərifin biri bir qəpikdir.
Nədir gerçək problem? Aldığımız informasiyalara görə, icra başçısı Əziz Əzizovla sabiq müavini əsl biznes şəriki olublar. İndi Asif Əzizovun «sıradan çıxarılması» növbəti mərhələdə biznes iddialarının ortaya çıxacağına şübhə yaratmır. Bu mövzu ilə bağlı GUNDEMİNFO.AZ-a daxil olan çox ilginc bilgiləri yaxın günlərdə təqdim edəcəyik. Qarşı tərəfin mövzu ilə bağlı mövqeyini öyrənməyə çalışırıq.
500 dəfə oxundu