Hacıqabulda çökdürülən kənd təsərrüfatı - Əkin sahələri necə quraqlığa çevrilir?

Hacıqabulda çökdürülən kənd təsərrüfatı  -

Ölkənin əksər rayonlarından qeyri-neft sektorunun inkişafa ilə bağlı yeni layihələr başlayıb. Dövlət başçısı, Cənab İlham Əliyevin tapşırıqları ilə regionlarda bir canlanma müşahidə edilməkdədir. Yeni investitsiya layihələri həyata keçirilir. Xüsusilə də Mərkəzi Aran rayonlarında yeni inkişaf strategiyaları hazırlanır. İcra Hakimiyyətlərinin qarşıdakı yeni neftsiz dönəm üçün hazırladıqları təkliflər, müzakirə edilən perespektivlər diqqəti çəkir. Lakin nədənsə daha çox torpaq sahələri olan Hacıqabulda bunun şahidi olmuruq. Bu günlərdə bəzi xəbər portallarında Hacıqabulun icra başçısının hesabat yığıncağı barədə press-reliz yayımlandı.

Yığıncağın stenoqramından da bəlli olurdu ki, Hacıqabulda görülən işlər heç də RİH-ə tabe olmayan nazirliklərin açdıqları obyektlərlə bağlıdır. Hacıqabul Rayon İcra Hakimiyyəti isə əslində müvafiq olaraq dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin konkret-praktiki nəticələri barədə hansı işlər gördüyünə dair kiçik işlər barədə açıqlama yayırdı.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının bu günlərdə apardıqları araşdırmalar nəticəsində bəlli olub ki, əslində Hacıqabulun mərkəzində belə küçələr keçilməz durumdadır. Mədəniyyət Evinin, Mərkəzi Bazarın önündəki əsas küçələrdə hər hansı bir təmir və ya bərpa işləri aparılmayıb.
Hacıqabulda çökdürülən kənd təsərrüfatı  -

Statistik məlumatlar göstərir ki, Hacıqabulun Pirsaat, Rəncöər, Nəvahi qəsəbələrində əkinçiliklə bağlı olaraq heç bir kompleks tədbirlər aparılmayıb. Məsələn 2014-cü ildən bəri dövlətin külli miqdarda vəsaitləri hesabına qurulmuş Pirsaat Su Anbarı quruyub. Rayonun Pirsaat, Rəncbər, Qubalı-Baloğlan, Nəvahi və Atbulaq kəndlərində olan 7.4 min hektar əkin sahəsi olan əraziləri məhz bu gölün imkanları hesabına suvarılmalı idi. Ümumi həcmi 17 milyon kubmetr olan anbar 1964-cü ildə istifadəyə verilib. 2003-2010-cu illərdə yenidən qurulub.

İcra başçısı Əhməd Muxtarovun dövründə isə daha bir neçə milyon manat vəsait ayrılaraq bu su anbarı təkrar rekanstruksiya edilir. Lakin GUNDEMİNFO.AZ-a şikayət edən rayonun Pirsaat, Rəncbər, Qubalı-Baloğlan, Nəvahi və Atbulaq kəndlərində yaşayan sahibkarlar deyir ki, qarşıdan yeni yaz-tarla mövsümi ilə bağlı təsərrüfat suyunun tapılması müşkilə çevrilib.
Hacıqabulda çökdürülən kənd təsərrüfatı  -

Hər halda icra başçısı Əhməd Muxtarov bu barədə açıqlama versəydi və təkliflər hazırlasaydı, çox sevindirici olardı…
Hacıqabuldakı əkin sahələrinin illər uzun ərəblərin ovlaq sahələrinə çevrilməsi faktı diqqətimizi çox çəkir. Mövzu ilə bağlı daha geniş araşdırmalarımız olacaq, qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Hacıqabulda çökdürülən kənd təsərrüfatı  -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...