Abşeron sakini prezidentə müraciət etdi - səsini eşidən yoxdur

Abşeron sakini prezidentə müraciət etdi -


Abşeron rayon sakini Kamilov Kamil Nəbi oğlu gundeminfo.az-a müraciət edərək rəsmi qaydada mülkiyyətində olan torpaqların satılmasından şikayət edir. Şikayətçi deyir ki, 2005-ci ildə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının imzası ilə sərəncama əsasən 20 hektar torpaq sahəsi alıb. Qobustan rayonu Qaracüslü kəndində olan bu torpaq sahəsi bələdiyyə sədri tərəfindən satışa çıxarılıb. Kəndin bələdiyyə sədri Əlikram Musayev K.Kamilovun mülkiyyətində olan bu torpaq sahəsinin 17.5 hektarını, hər sotu 2000 manat olmaqla ayrı-ayrı vətəndaşlara fərdi yaşayış evinin tikilməsi təyinatı ilə satıb.

Bundan sonra isə aidiyyatı üzrə şikayətlər yazan K.Kamilovun işi araşdırılmış və haqlı olduğu ortaya çıxmışdır. Aparılmış araşdırmaların nəticəsi olaraq Qaracüstü bələdiyyəsinin sədri ilə bağlı məsələ Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. 1 il müddət keçməsinə baxmayaraq işin aparılması barədə mülkiyyətçiyə hər hans ıbir məlumat verilməyib.

Şikayətçi iddia edir ki, bu məsələ ilə bağlı obyektiv araşdırmaların aparılldığına heç bir şübhə etmir. Sadəcə olaraq bələdiyyə sədri ilə bağlı olaraq araşdırmaların aparılmasının vacibliyini vurğulayır.

Onu da əlavə edək ki, mövzu ilə bağlı daxil olmuş şikayətçinin iddia etdiyi şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Abşeron sakini prezidentə müraciət etdi -
Abşeron sakini prezidentə müraciət etdi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
336 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...