“H&M Baku” bağlanır: VERGİ QAÇAQÇILIĞI İDDİASI

“H&M Baku” bağlanır:


Dünyanın tanınmış brendlərindən hesab olunan H&M şirkətinin ölkəmizdəki rəsmi tərəfdaşı “H&M Baku” şirkətinin fəaliyyətində ciddi vergi nöqsanları üzə çıxıb.

Məlumatda deyilir ki, bu halın üstü Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamadan sonra açılıb. Belə ki, nazirlik “H&M Baku”da yoxlama aparan zaman gəlirləri gizlədildiyini müəyyən edib. Və məbləğin yüksək olduğunu aşkarlayıb.

Xatırladaq ki, H&M şirkəti ilk dəfə 1947-ci ildə İsveçin Vasteras şəhərində fəaliyyətə başlayıb. Daha sonra 1968-ci ildə “Erling Persson” ovçular və balışqçılar Mauritz Widforss üçün mağaza olub. Mağazaya həmçinin, kişilər və uşaqlar üçün geyim xətti əlavə edilərək, şirkətin adı “Hennes & Mauritz” olub. Şirkət 2800 mağazalar vasitəsi ilə 49-dan çox ölkədə fəaliyyət göstərir.

Qeyd edək ki, “H&M Baku” şirkətinin Bakıda dükanlarının açılışında tanınmış iş adamları, müğənnilər, rəqqasələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1285 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...