Füzuli rayonunda Novruz xəracı - Alı Alıyev şirniyyatların bişirilməsinə belə pul yığır

Füzuli rayonunda Novruz xəracı -


Füzuli rayonunda protokol qaydalarına uyğun olaraq Novruz şənlikləri keçirilməli olsa da, nədənsə yubanır. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən Füzuli rayonunda bayram şənliklərinin təşkili ilə bağlv səhiyyə və təhsil işçilərindən pul toplanmaqdadır. Məlumatlarda bildirilir ki, bununla bağlı olaraq rayonun baş həkimii Soltan Əliyev və rayon təhsil şöbəsinin müdirəsi Solmaz Əliyeva bayram şənlikləri ilə bağlı olaraq pul toplayır. Rayondan daxil olan məlumata əsasən dünən icra başçısı Alı Alıyev idarə rəhbərləri ilə görüş keçirib və görüş zamanı rayonda tapşırıqlara (?) əsasən Novruz şənliklərinin keçirilməli olduğunu deyib.

İcra başçısı neftin qiymətinin düşməsi, həmçinin də büdcə xərclərinə qənaət etməsi barədə çıxışından sonra idarə rəhbərlərinə deyib ki, Füzulidə yerləşən hərbi hissələrdə və köçkün şəhərciklərində bayram şənliklərinin keçirilməsi ilə bağlı olaraq bayram şənlikləri təşkil olunmalıdır. Bayram şənliklərinin təşkili ilə bağlı olaraq qrafik də təyin edilib. İcra başçısının təyin etdiyi müvafiq qrafikə uyğun olaraq da tədbirlərin təşkili idarə rəhbərlərinin üzərinə qoyulub. Bundan başqa rayonun Mədəniyyət və Turizm İdarəsi ilə də icra başçısının göstərişinə uyğun olaraq iş həvalə edilib.

GUNDEMİNFO.AZ-a daxil olan informasiyada həmçinin də bildirilir ki, rayonda artıq bayram öncəsi əhali arasında ciddi narazılıq yaranıb. İcra başçısı Alı Alıyevin də bu narazılıqlardan xəbəri osla da, heç bir reaksiya verməyib.
Onu da əlavə edək ki, son zamanlar təhsil və səhiyyə ilə bağlı Füzuli rayonundan saytımıza xeyli sayda şikayətlər daxil olur. Şikayətlərin ütəmadi olaraq yayımlanmasına davavm edəcəyik. Bizi izləyin. Qarşı tərəfin də mövqeyini dinləməyə hazarıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
400 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...