Generallar “Zaferoğlu İnşaat"ın milyonlarını vergidən yayındırıb İLGİNC İDDİA

MTN generallarına arxayın olan “Zaferoğlu İnşaat" şirkəti milyonlarla gəlirini vergidən yayındırıb.
GUNDEMİNFO.AZ xəbər verir ki, şirkətin rəhbəri Zəfər Məmmədov MTN generalının havadarlığından istifadə edərək illərdir dövlətə verilməli olan külli miqdarda vergi ödəməkdən boyun qaçırıb.
AZMedia.info yazıb ki, "Zaferoğlu İnşaat" şirkəti bu günə qədər vergi orqanlarını saymayıb. Hər hansı bir problemi olduqda isə birbaşa Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi, hazırda «MTN işi»ndə əsas fiqurantlardan biri olaraq həbs edilən general Vidadi Məmmədova zəng edib. Bir neçə dəfə bu hal təkrar olunduqdan sonra vergi məmurları "Zaferoğlu İnşaat" şirkətinin fəaliyyəti ilə demək olar ki, maraqlanmayıblar.
Zəfər Məmmdəovun bir çox MTN generalının evini, villasını və obyektini pulsuz təmir etdiyi deyilir. Gənc iş adamı Bakı şəhərində bir çox dövlət binasının təmir edilməsi tenderini udmasındada ona köməkliyi məhz havadarı olan MTN generalı köməklik edib. Şirkət il ərzində paytaxt Bakıda və bölgələrdə milyonlara manatlıq layihələr həyata keçirdərək yaxşı qazanc əldə edib. Bundan başqa "Zaferoğlu İnşaat" şirkətinin Gürcüstanda, Türkiyədə, BƏƏ-də, Rusiyada və digər ölkələrdə həyata keçirtdiyi tikinti işlərində əsas maliyyyə qaynağından biri Akif Çovdarov olub. Gənc olmasına baxmayraq, Zəfər Məmmədovun Akif Çovdarovun bu qədər gözünə girə bilməsi də maraqlıdır.
Zəfər Məmmədov «Akula» ləqəbli Akif Mustafayev kimi iş adamları haqqında məlumatları Akif Çovdarova ötürüb. Zəfər Məmmədovun əslində «Akula» ləqəbli Akif Mustafayev tərəfindən həm biznesə, həm də MTN-ə gətirdiyi bildirilir. Elə ona verilən və "Zaferoğlu İnşaat"a yatırılan sərmayənin böyük bir hissəsinin də məhz MTN generallarına aid olduğu qeyd olunur. İlin çox hissəsini Dubayda keçirən Zəfər Məmmədovun digər işi də müxtəlif şirkətlər vasitəsi ilə MTN generallarının çirkli pullarını yumaq olub. Bu barədə və Zəfər Məmmədovun Dubay macəraları haqqda növbəti yazımızda daha ətralı məlumat verəcəyik.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
2818 dəfə oxundu