Qadağalar götürülür - sadə vətəndaşlar balıq tutub pul qazana biləcək ŞAD XƏBƏR

Xəzər dənizində inhisarçılıq sadə vətəndaşlar üçün ortadan qalxır. Bu barədə GUNDEMİNFO.AZ-a məlumat verən Lənkəran sakinləri bildirir ki, son bir həftə ərzində dəniz sahilində şəxsi qayıqları ilə balıq ovuna çıxan vətəndaşlara heç bir inzibati maneə yoxdur. Sakinlərin dediyinə görə, neftin qiymətinin və manatış ucuzlaşmasından sonra Xəzər dənizində əhalinin sərbəst surətdə balıq ovu etməsi ilə bağlı uzun illər mövcud olan qadağalar ləğv edilib.
Xəbəri həmçinin də Kür çayı sahilində yerləşən rayonlardan da təsdiq ediblər: «Uzun illər qayıqla balıq tutmaq qadağası var idi. Artıq neçə gündür ki, Fövqəladə Hallar Nazirliyinin işçiləri icazə verirlər ki, balıq tutaq. Heç bir maneə yoxdur. Sadəcə olaraq bizdən tələb edirlər ki, boğulmaya qarşı jiletlərdən istifadə edək. Artıq rahat şəkildə Kür çayından balıq tuta bilirik». Bu sözləri Mingəçevir şəhərində yaşayan sakinlər redaksiyamıza bildiriblər.
Həmçinin də Xəzər sahilində yerləşən rayonların sakinləri də, Xüsusilə də Neftçalada yaşayan oxucularımız deyir ki, balıq ovuna tətbiq edilən sərt inzibati qadağalar artıq xeyli yumşalıb və balıq tutmaqla bağlı sadə vətəndaşlara heç bir qadağa qoyulmur.
1548 dəfə oxundu