2016-cı ildən onlar icra başçısı ola bilməyəcək - SİYAHI
Cari ilin büdcəsinin icrası ilə bağlı Hesablama Palatası audit tədbirlərini davam etdirir. Ölkənin əksək İcra Hakimiyyətlərində yoxlamaların aparıldığı söylənilir. GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən aparılan yoxlamaların sonucu olaraq bir sıra icra hakimiyyətləri ilə bağlı olaraq sərt cəza tədbirləri görülməkdədir. Xəbərlərdə xüsusilə büdcə vəsaitlərinin istifadəsinə dair audit tədbirlərinin həyata keçirilməsi ilə bağlı olaraq daha çox yeyinti faktları aşkarlananlar cazalanacaq.
İlkin mərhələdə audit tədbirlərinin sonucu olaraq İcra Hakimiyyətlərinə yol verilmiş pozuntuların nəticələri ilə bağlı möhlət verilib. Lakin Zərdab və Bərdə Rayon İcra Hakimiyyətlərinə hər hansı bir möhlət verilmədiyi söylənilir.
İnformasiyalara görə, dövlət büdcəsinin icrasına dair elan edilmiş tenderlər, həmçinin də şəhər təsərrüfatları üzrə xərclərdə ciddi sənədləşmə pozuntularına yol verilib. Buna görə də, Hesablama Palatasının komissiyası Zərdab və Bərdə ilə bağlı aşkarlanan faktları Milli Məclisə təqdim edib. Mövzu ilə bağlı bir sıra dəqiqləşmələr aparılır. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
738 dəfə oxundu