Yeni il öncəsi ölkədə kütləvi hind quşları xəstəliyi yayılıb - daha bir bahalaşma səbəbi

Yeni il öncəsi ölkədə kütləvi hind quşları xəstəliyi yayılıb -


Azərbaycanın bir sıra rayonlarında bayram öncəsi bir sıra ev quşları arasında kütləvi xəstəlik yayılıb. GUNDEMİNFO.AZ-a məlumat verən Mərkəzi Aran rayonlarının sakinlərinin dediyinə görə, hind quşları arasında yayılan xəstəlik heyvanların ciyərlərində şişmə və partlama ilə müşahidə edilir. Hələlik rəsmi qurumlar bununla bağlı heç bir açıqlama verməyib.
Qeyd edək ki, Yeni İl bayramı ərəfəsində Azərbaycanda hind quşlarının kəsilməsi ənənə halını alıb və artıq bu quşların ətinin qiymətində də kəskin bahalaşma müşahidə edilməkdədir
.

GUNDEMİNFO.AZ-ın əməkdaşlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, bu quş ətinin qiyməti son bir həftədə 1 kiloqram üçün 5 manatdan 10 manata qədər bahalaşıb. Bakının əsas kənd təsərrüfatı heyvanlarının satış məntəqələrində qiymət artımının həm manatın ucuzlaşması, həm təlabatın artması və həm də kütləvi xəstəliyin yayılması ilə əlaqələndiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...