Kremldən Nikola ultimatum: Onları vəzifədən çıxart!

Kremldən Nikola ultimatum:

Ermənistan Baş naziri Nikol Paşinyanın apardığı kadr islahatları ciddi problem olaraq qalır. Onun vəzifəyə gətirdiyi bəzi şəxslər hələ də Rusiya tərəfindən qəbul edilmir.

Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzetinin yaydığı məqalədə bildirilir.

“Söhbət uzun illər ərzində Rusiyaya qarşı düşmən mövqeyi tutub, indi Ermənistanda yüksək vəzifəyə gətirilən şəxslərdən gedir. Rusiya özəlliklə Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan və Dövlət Əmlakına Nəzarət Xidmətinin rəhbəri David Sanasaryanın vəzifədə olmasından narazıdır. Mənbələrimiz də bildirir ki, Moskva açıq mətnlə dəfələrlə İrəvana bu şəxslərin hakimiyyətdə olmasının arzuedilməz olduğu barədə ultimatum verib”, – deyə qəzet bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...