Trampın seçki məsləhətçisi həbs edildi

Trampın seçki məsləhətçisi həbs edildi

ABŞ prezidenti Donald Trampın sabiq seçki məsləhətçisi Corc Papadopulosa 14 gün həbs cəzası verilib.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, o, seçkilərə Rusiyanın müdaxiləsi ilə bağlı davam edən istintaq çərçivəsində yalan məlumat verdiyini etiraf edib.

Bununla da “Rusiya istintaqı” çərçivəsində həbs edilən ilk şəxs olub.

Papadopulosa əlavə olaraq 1 illik şərti cəza, 200 saat ictimai işlərdə çalışmaq və 9500 dollar cəza verilib.

Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flayn, Trampın sabiq seçki meneceri Manafort və köməkçisi Rik Qeytsə də ittihamlar səsləndirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
710 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...