Adnan Oktar “kediciklər”indən” küsüb: “Məni 50 min lirəyə satdılar”
İstanbul Təhlükəsizlik Müdirliyində FETO-nun hakim olduğu 2007 ilə 2011-ci illər arasında Adnan Oktar qrupuna yönəlmiş 13 min səhifəlik istintaq sənədi hazırlandığı ortaya çıxıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu istintaq sonradan əməliyyata çevriıməyib və sənədə adı yer alan 8 gizli şahidin kimliyi də Oktar qrupuna sızdırılıb.
İstanbul Maliyyə Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi heyətlərinin təşkil etdiyi əməliyyatda Adnan Oktarın da aralarında olduğu 167 nəfər həbs olunub. Maliyyə polisi keçmiş illərdə İstanbul Təhlükəsizlik Müdirliyində Adnan Oktar qrupuna yönəlmiş genişmiqyaslı bir istintaq aparılıb-aparılmadığını da araşdırıb.
Sözügedən qurumda FETO-nun hakim olduğu illərdə də Adnan Oktar qrupuna yönəlmiş irimiqyaslı bir istintaq aparıldığı ortaya çıxıb. A.Oktar qrupunun qarışdığı bütün cinayətlərin bir-bir ortaya çıxarılmasına baxmayaraq, 4 il müddətində davam edən istintaqın hansısa səbəbdən əməliyyata çevrilmədiyi müəyyənləşib.
mektub-adnan.jpg (29 KB)
Bundan başqa, istintaq sənədlərində yer alan və Adnan Oktar qrupunun bütün çirkli işlərini polisə deyən 8 gizli şahidin adının da Oktar qrupuna sızdırıldığı ortaya çıxıb. Adnan Oktar qrupunun üzvləri onlar barədə polisə məlumat verən gizli şahidlərə qarşı daha sonradan sosial şəbəkədə linç kampaniyası həyata keçirib və barələrində şikayət ərizəsi yazıblar.
Hazırda türmədə olan Adnan Oktar Türkiyənin “Star” qəzetinin yazarı Ersoy Dədəyə 4 səhifəlik bir məktub yazıb. Məktubu köşəsində işıqlandıran Dədə qeyd edib ki, Adnan Oktar məktubunda israrla günahsız olmasından bəhs edib. Yazıda eyni zamanda qeyd edilib ki, həbsindən öncə “kediciklərlə” birlikdə yaxtalarda gəzib, hovuz partilərində əylənən Adnan Oktar ultra lüks bir həyat yaşayırdı. Belə ki, A.Oktarın lüks villasında aparılan axtarış zamanı ələ keçirilən bir yastığın da 3 min lirə dəyərində olduğu üzə çıxmışdı.
Ersoy Dede yazısında həmçinin aşağıdakıları qeyd edib: “Özü və müridləri haqqında yazdığım yazıdan sonra Adnan Oktardan 4 səhifəlik bir məktub aldım. Məktubunda israrla günahsız olduğunu deyir. Adnan Oktar iddianaməni oxuyunca nəyin nə olduğunu öyrənir.
Qeyd: Adnan Oktar məktubunda bəzi kediciklərin 50 min lirə qarşılığında etirafçı olduqlarını iddia edib. Bu, çox-çox ağır bir ittihamdır. Mən lazımi instansiyalara bu məktubun əslini yolladım. Olayın əsası nə imiş, anlayarıq...”
977 dəfə oxundu