İspaniyada səhiyyə naziri saxta diplom işinə görə istefa verdi

İspaniyada səhiyyə naziri saxta diplom işinə görə istefa verdi

“Ölkə.Az” xəbər verir ki, buna səbəb kral Xuan Karlos adına universitetdə diplom işi ilə bağlı qalmaqal olub.

Televiziyada çıxış edən Monton bəyan edib ki, baş nazir Pedro Sançesi istefası ilə bağlı xəbərdar edib. Bundan əlavə isə nazir bildirib ki, təhsili tam şəffaf olub və sübutları təqdim etməyə söz verib.

Artıq Montonu kimin əvəz edəcəyi də məlum olub. Bu posta Mariya Luisa Karsedo layiq görülüb. Mariya Luisa iyul ayında uşaq dilənçiliyi ilə mübarizədə ali komissar təyin edilmişdi.

Monton mətbuatda magistr dərəcəsini dərslərə girmədiyi barədə xəbər yayıldıqdan sonra istefa verib. Sonradan məlum olub ki, onun diplom işi də plagiatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...