Fransada sürücü “Allahu Əkbər” deyərək, avtomobili insanların üzərinə sürdü

Fransada sürücü “Allahu Əkbər” deyərək, avtomobili insanların üzərinə sürdü

Fransada kişi “Allahu Əkbər” deyərək, avtomobilini insanların üzərinə sürüb.

Bununla bağlı “The Local” nəşri məlumat yayıb. Avtomobil maneələrə çırpılıb, hadisə zamanı iki nəfər xəsarət alıb.

İnsident Fransanın cənubundakı Nim şəhərində keçirilən festival zamanı baş verib. 32 yaşlı şəxs “Peugeo” markalı avtomobilini barlardan birinin qarşısında dayanan 50 nəfərin üzərinə sürüb.

Avtomobil festival üçün qurulmuş maneəyə çırpılıb. Sürücü qaçmaq istəsə də, buna nail olmayıb və saxlanılıb. Nim prokuroru Erik Maurelin sözlərinə görə, saxlanılan şəxs anlaqsız vəziyyətdə olub və xəstəxanaya aparılıb. Polis hadisənin terror aktı olmadığını açıqlayıb. (Oxu.Az )



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...