Poroşenko səhvən Rusiya XİN başçısının qəbul otağına gəlib

Poroşenko səhvən Rusiya XİN başçısının qəbul otağına gəlib

BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda Ukrayna prezidenti Pyotr Poroşenko öz qəbul otağını tapa bilməyərək, səhvən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qəbul otağına daxil olub.

Virtualaz.org “LifeShot” telegram-kanalına istinadən xəbər verir ki, bir neçə saniyə harada olduğunu anlamağa çalışan Poroşenko dərhal otağı tərk edib.

Lavrov baş vermiş hadisəni şərhsiz qoymayıb. “Yəqin ayaqyolu ilə səhv salıb”, - Rusiya XİN başçısı deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...