Almaniyada qalmaqal – Türk cəsus saxlandı

 Almaniyada qalmaqal –

Almaniyanın “Der Tagesspiegel” qəzetinin xəbərinə görə, Berlin Hüquq Mühafizə orqanlarında çalışan və türk kəşfiyyatı üçün casusluq etdiyi barəsində şübhələr olan polis məmuru haqqında araşdırma başladılıb.

Minval.İnfo xəbər verir ki, şübhəli şəxsin Berlində yaşayan müxalif Türkiyə vətəndaşlarının ünvan və məlumatlarını Türk kəşfiyyatına ötürdüyü iddiası irəli sürülüb.

Der Tagesspiegelin xəbərində Türk kəşfiyyatının Alman hüquq mühafizə orqanlarının daxilindən məlumat sızdırmaq üçün cəhdlər etdiyini deyib. Aidiyyatı orqanlar qəzetin sorğularına hələdə cavab verməyib. Sosial Demokrat Partiyasının üzvü (SPD) Berlin əyaləti Daxili İşlər Naziri Andreas Qezel iddialardan məlumatlı olduğunu deyərək mövcud araştırma ilə bağlı məlumatın verilməyəcəyini bildirib.

Sözü gedən məmurun yüksək rütbəli olduğu və Türkiyə Səfirliyindəki bir nəfərə məlumat sızdırdığı iddia edilib. Alman rəsmiləri verdikləri açıqlamada, “Türk kəşfiyyatının casusu olduğunu düşünülür” deyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
791 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...