Ərdoğan Merkelin üzünə söylədi: "Can Dündar agentdir!"

Ərdoğan Merkelin üzünə söylədi:

Türkiyə prezidenti Rəcəp Tayyp Ərdoğan və Almaniya baş naziri Angela Merkel bu gün paytaxt Berlində keçirilən görüşdən sonra mətbuat konfransı keçiriblər.

Konfransda alman jurnlaist hər iki liderdən Türkiyədən qaçıb Almaniyaya sığınan Can Dündar barədə soruşub.

Merkel Dündarla bağlı Türkiyə prezidenti ilə aralarında fikir ayrılıqlarının olduğunu etiraf edib: “Bəlli bir ziddiyyətin olduğu açıq şəkildə ortadadır. Bu konfransa Can Dündarın özü də gələ bilərdi, lakin gəlmək istəməyib. Akkreditasiya üçün heç bi hüquqi əngəl də olmayıb. Biz bərabərlik hüququna görə ona bu haqqı vermişik. Konkert olaraq mən və prezident Ərdoğan arasında məsələ ilə bağlı fikirlərimiz haçalanır”.

Türkiyə prezidenti isə Can Dündarın agent olduğunu və dövlət sirrini açmaqda ittiham olunduğunu, buna görə də 5 il 10 aylığa həbs cəzasına məhkum edildiyini xatılrladıb: “Hazırda bu şəxs bir agentdir və bir məhkumdur. Dövlətin sirlərini ifşa edib. Onun ekstradisiyasını tələb etmək də bizim ən təbii haqqımızdır”, - prezident bildirib.

Konfransda FETÖ təşkilatına mənsub şəxslərin Türkiyəyə təhvil verilməsi məsələsinə də toxunulub. Merkel FETÖ ilə PKK-nı eyni səviyyədə görmək üçün əlavə sübutlara ehtiyac olduqlarını söyləyib.

Prezident Ərdoğan isə Almaniya ilə Türkiyə arasında cinayətkarların təhvili məsələsində aralarında hüquqi müqavilə olduğunu diqqətə çatdırıb. “Bunların yaxalanıb təsilm edilməsi ölkələrimizdə əmin-amanlıq, sevinc və təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb edir”, - Türkiyə lideri vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
902 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...