İslam Kərimovun nəvəsi Londona qaçdı

 İslam Kərimovun nəvəsi Londona qaçdı

Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi İman Daşkənddən təyyarə ilə Londona uçub.
Oxu.Az xəbər verir ki, bu barədə “Fərqana” agentliyi İ. Kərimovun nəvəsinin Instagram Stories-dəki yazısına istinadən məlumat yayıb.


İman izləyicilərindən Daşkənddən uçarkən kompüter və smartfonlarından müğayət olmalarını istəyib.
Ehtimal olunur ki, aeroport əməkdaşları İmanın şəxsi kompüterində olan məlumatları diqqətlə araşdırıblar. Ona görə də aviareys 1,5 saat gecikməli olub.

Qeyd edək ki, İman və İslam Kərimovlar İ. Kərimovun böyük qızı Gülnarə Kərimovanın övladlarıdır. Nəvə İslam Kərimov artıq bir neçə ildir Londonda yaşayır, onu Özbəkistana buraxmırlar. Yanvarda o, Britaniyada siyasi sığınacaq istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...