Yaponiya höküməti tam tərkibdə istefaya getdi

Yaponiya höküməti tam tərkibdə istefaya getdi

Yaponiya höküməti tam tərkibdə istefaya gedib.

Trend-in məlumatına görə, buna səbəb ölkənin baş naziri Şinzo Abenin yeni Nazirlər Kabineti formalaşdırmasıdır.
Gözlənilir ki, Nazirlər Kabinetinin yeni tərkibi yaxın saatlarda məlum olacaq.

Hökümətin tam tərkibdə istefaya getməsi dəyişikliklərin edilməsi üçün lazım olan prosedurdur. İstefaya gedən nazirlər yeni Nazirlər Kabineti formalaşana qədər öz vəzifələri icra edəcəklər. Gözlənilir ki, baş nazir bir sıra mühüm naziri, həmçinin XİN rəhbəri Taro Kono, baş nazirin müavini, maliyyə naziri Taro Aso və nazirlər kabinetinin baş katibi Yösixide Suqunu yeni Nazirlər Kabinetində saxlayacaq.

Eyni zamanda Abe müdafiə naziri İtsunori Onoderunu əvəz etməyi planlaşdırır. Onun yerini aşağı palatanın deputatı Takesi İvaya tutacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
930 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...