Rusiya dollardan tam imtina etməyi planlaşdırır

Rusiya dollardan tam imtina etməyi planlaşdırır

Rusiya hökuməti ölkə iqtisadiyyatını dollardan azad edəcək yeni qanun layihəsi hazırlayır.

Modern.az “The Bell” nəşrinə istinadən xəbər verir ki, bu layihə bir-iki həftəyə baş nazir Dmitri Medvedyev tərəfindən təsdiqlənməlidir.

Qanun layihəsinin müzakirəsində Mərkəzi Bank da daxil ölkənin nəhəng bankları iştirak edəcək.
Nəşrin məlumatına görə bu qanun ölkənin dollardan tamami ilə imtina etməsini nəzərdə tutmur. Söhbət hələ ki, milli iqtisadiyyatda yerli valyutanın tətbiqini genişləndirməkdən gedir.

Bu qanun biznesə daha az itkilər vermək üçün istənilən valyutadan istifadəyə imkan verəcək.
Qeyd edək ki, bundan əvvəl Rusiya Maliyyə Nazirliyi ölkə iqtisadiyyatının dollardan imtina prosesini dəstəklədiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...