Korrupsiyalaşmış elitalar öz pullarını Böyük Britaniyadan çıxarır
Müxtəlif ölkələrdən çirkli yollarla əldə edilən və Britaniyaya gətirilən pullar indi ölkədən xaric olunur. Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "The Times" qəzetindəki məqalədə yazılıb. Müəllif Şon O`Nillin qeyd etdiyinə görə, Cinayətlkarlıqla mübarizə milli agentliyi (NCA) korrupsiya qaynaqları ilə ölkədə yerləşdirilən 750 milyon funt-sterlinqi ya dondurub, ya da ölkələrinə geri qaytarıb.
Agentlik gələcək həftə yeni səlahiyyətlərlə bağlı Ali Məhkəmədə qaldırılan işi udsa daha 9 iş üzrə mənbəyi bəlli olmayan pullar barədə qərar verə biləcək.
NCA-nın iqtisadi cinayətlər idarəsinin rəisi Donald Tun artıq mütəşəkkil cinayətkar qrupların rəhbərlərinin və korrupsiyalaşmış liderlərin özlərini başqa cür apardığını bildirir.
“Biz artıq görülən işin effektini hiss etməyə başlayırıq. Bu axın korrupsiyalaşmış elitaların məkanına daxil olub onların bundan sonra aldığı qərarlara təsir edir. Bizdə olan məlumatlara görə, bu adamlar öz pullarını Böyük Britaniyaya axıtmırlar, hətta ölkədəki aktivlərini satmağa başlayıblar”.
O`Nill qeyri-qanuni sərmayələrə Kremlə yaxın oliqarxlarla bağlı və Rusiyanın hərəkətlərindən sonra daha çox diqqət edildiyini vurğulayır.
Tunun sözlərinə görə, agentlik Londonda iri daşınmaz əmlaklarını satmaq istəyən şəxlsər barədə hər cür məlumata malikdir. İstintaq üçün maraqlı olan bir neçə şəxs isə özlərinin mülkləri barədə informasiya verməyə başlayıblar.
Qeyd olunur ki, NCA tərəfindən dondurulan və geri qaytarılan 750 milyon funtun böyük bir qismi Nigeriya ilə əlaqədardır. Lakin Moskva bu məsələdə Böyük Britaniyaya yardım etmədiyi, daha doğrusu, istəmədiyi üçün rusiyalılara qarşı təhqiqat aparmaq çətindir.
1072 dəfə oxundu