Paşinyan ona “xəyanət” edən 6 qubernatoru işdən qovdu
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsində ona xəyanət edərək Respublikaçılarla birləşən “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının təmsilçisi olan qubernatorları vəzifədən uzaqlaşdırıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan hökumətinin bu gün keçirilən iclasında müvafiq qərar qəbul edilib.
Qərara əsasən, Araqaçotn əyalətinin qubernatoru Aşot Simonyan, Lori əyalətinin qubernatoru Qrant Marqaryan, Vayoçdzor əyalətinin qubernatoru Araqaç Saqatelyan, Armavir əyalətinin qubernatoru Qaqik Miricanyan, Qeqarkunik əyalətinin qubernatoru İşxan Saqatelyan və Sünik əyalətinin qubernatoru Karen Ambarçumyan işdən çıxarılıb.
Xatırladaq ki, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının təmsilçisi olan qubernator və nazirlərin işdən qovulması barədə qərar Paşinyan tərəfindən 2 oktyabr tarixində Ermənistan parlamenti önündə keçirilən mitinqdə verilib. Nəticədə adı çəkilən partiyaların nümayəndələri olan 6 nazir vəzifədən uzaqlaşdırılıb.
865 dəfə oxundu