Atatürkü təqhir edən qız həbs edildi

Atatürkü təqhir edən qız həbs edildi

Atatürkün mavzoleyində Mustafa Kamal Paşanı təhqir edərək bunu videoya çəkən Safiyə İnci haqqında məhkəmə qərar verib. “Ölkə.Az” xəbər verir ki, hakimin qərarı ilə Atatürkü təhqir edən Safiyə 2 il 6 ay müddətinə həbs edilib. Məhkəmədə son sözünü söyləyən müttəhim deyib: “Çox peşmanam, hamıdan üzr istəyirəm”.

İstanbulda yaşayan Safiyə bir müddət əvvəl Atatürkün mavzoleyində onu təhqir edərək bunu videoya çəkmişdi. Sonra isə video çarxı sosial şəbəkədə yayınlamışdı. Bu isə ciddi reaksiyalara səbəb olmuşdu və sosial şəbəkə istifadəçiləri onun həbsini tələb etmişdilər. Bundan sonra İnci saxlanılaraq həbsxanaya göndərilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...