Qaşıqçının qatili general imiş

Qaşıqçının qatili general imiş

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürülməsində vəliəhd Məhəmməd bin Salmanın yaxın adamlarından biri hesab olunan kəşfiyyatçı-general Əhməd əl-Assirini ittiham etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” 3 mənbəyə istinadən yazıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı general Əhməd əl-Assirinin vəliəhddən Qaşıqçının yaxalanaraq ölkəyə gətirilməsi barədə göstəriş aldığını, ancaq generalın bu göstərişi səhv anlayaraq və ya səlahiyyətlərindən sui-istifadə edərək Qaşıqçını öldürtdüyünü açıqlamağa hazırlaşır.

Ərəb dili ilə yanaşı, ingilis və fransızca da danışan Əhməd əl-Assiri keçmişdə Yəməndə Səudiyyə Ərəbistanı liderliyində koalisiya qüvvələrinin sözçüsü kimi də fəaliyyət göstərib.

Hazırki vəzifəsinə ötən il təyin edilən general “Nyu York Tayms”ın iddialarla bağlı suallarını cavabsız qoyub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...