Saakaşvili: Bəzən anam pul göndərir

Saakaşvili: Bəzən anam pul göndərir

Mixail Saakaşvili Ukraynanın “1+1” televiziyasına müsahibəsində Amsterdamda nəyin hesabına yaşadığını açıqlayıb.

Axar.az xəbər verir ki, siyasətçi Amsterdamda yerli supermarketdən ərzaq aldığını, yerli idman zallarından birinə getdiyini və şəhərdə velosipedlə hərəkət etdiyini bildirib. O, ailəsininin maliyyə problemlərinin olduğunu və bunun öhdəsindən gəlməyə ona anası, 71 yaşlı Qiuli Alasaniyanın yardım etdiyini bildirib:

“O, Gürcüstanda kifayət qədər gəlir əldə edir ki, özünü, həyat yoldaşımı və oğlumu saxlaya bilsin. Bəzən mənə də yardım edir”. Qeyd edək ki, Saakaşvilinin anası Gürcüstanın orta əsrlər mədəniyyəti üzrə mütəxəssisi və türkoloqdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
676 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...